AZ

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbiçi yaralanıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İranın “Fateh-110” ballistik raketi ilə Küveytdəki "Əli Əl-Səlim" aviabazasına hücumu nəticəsində ABŞ-a məxsus 5 hərbiçi, və “MQ-9 Reaper” pilotsuz uçuş aparatları zədələnib.

Bu barədə “Bloomberg” agentliyi hadisə barədə birbaşa məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, hücum 27 may tarixində baş verib. Küveytin hava hücumundan müdafiə sistemləri raketi zərərsizləşdirsə də, düşən qalıqlar aviabazaya düşüb.

Nəticədə təxminən beş nəfər - həm ABŞ hərbçiləri, həm də muzdlu əməkdaşlar yüngül xəsarət alıb.

“Bir MQ-9 Reaper tamamilə məhv edilib, biri isə ciddi zədələnib”, - mənbə bildirib.

Zədələmiş hər bir “MQ-9 Reaper” pilotsuz aparatının dəyəri təxminən 30 milyon dollardır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
5
apa.az

6Mənbələr