Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
“İsrail ordusu Livanın cənubunda məhsul yığan fermerlərə qarşı ağ fosfor əsaslı yandırıcı sursatlardan istifadə edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə regional fermerlər assosiasiyasının rəhbəri Məhəmməd Hüseyni “RİA Novosti”yə danışıb.
Onun sözlərinə görə, hava hücumları nəticəsində kənd təsərrüfatında çalışan Livan, Suriya və Fələstin vətəndaşları da daxil olmaqla çoxsaylı fermerlər həlak olub. Hüseyni əlavə edib ki, Livanın cənubuna hücumlarda ağ fosforun intensiv istifadəsi məhsulların tamamilə məhv olmasına səbəb olub:
“Ağ fosfor təkcə cari mövsümə deyil, həm də gələcək məhsullara zərər verir. O, suya, torpağa, yetkin ağaclara, eləcə də mal-qaraya, quşçuluğa və arıçılığa zərər verir”.
Qeyd edək ki, ağ fosfor oksigenə məruz qaldıqda alovlanan mumlu kimyəvi maddədir. Bu cür sursatların mülki şəxslərə qarşı istifadəsi beynəlxalq hüquqla qadağandır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.