BAKI, 30 may. TELEQRAF
Dünən axşam saatlarından davam edən güclü külək nəticəsində Bakıda 41 ağac sınıb.
Bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Teleqraf-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirlib ki, bu gün saat 10:00-a olan məlumata görə, 64 ağacın budaqlarının qırılması qeydə alınıb.
"Qurumun əməkdaşları tərəfindən operativ şəkildə sınan ağacların götürülməsi və ərazinin təmizlənməsi işləri aparılır. Hazırda işlər davam edir", - məlumatda vurğulanıb.