AZ

Kılçdaroğlu bu gün CHP qərargahından danışacaq Özgür Özel isə..

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) yaranan parçalanma və Kemal Kılıçdaroğlu ilə Özgür Özel arasında yaşanan gərginlik bu gün təşkilat üzvlərinin bayramlaşma tədbirləri ilə açıq şəkildə özünü göstərəcək.

Modern.az Türkiyə KİV-nmə istinbadən xəbər verir ki, məhkəmə qərarı ilə yenidən partiya sədrliyinə qayıdan Kemal Kılıçdaroğlu və məhkəmənin sədrlikdən kənarlaşdırdığı parlament qrupunun rəhbəri Özgür Özel bu gün eyni saatda, lakin iki fərqli ünvanda partiya üzvləri ilə bayramlaşacaqlar. Türkiyə vaxtı ilə saat 14:00-da Kılıçdaroğlu CHP baş qərargahından, Özel isə Ankara İl Təşkilatının qarşısındakı Güvenpark meydanından çıxış edəcək. Hər iki liderin verəcəyi mesajlar qədər, partiya üzvlərinin hansı tədbirə daha çox maraq göstərəcəyi də diqqət mərkəzindədir.

Kılıçdaroğlu 2 il yarımdan sonra yenidən sədr statusunda CHP Baş Qərargahında olacaq. O, məhkəmə qərarından sonra ilk dəfə sədr kabinetindən istifadə edəcək. Kılıçdaroğlu çıxışına Nazım Hikmetin "Yürümek" şeiri ilə başlayacaq və binanın girişindəki eyvandan partiya üzvlərinə müraciət edəcək. O, qərargaha gələrkən güllərlə qarşılanacaq, çıxışdan sonra isə ağ göyərçinlər havaya buraxılacaq.

Kılıçdaroğlunun yaxın çevrəsi onun çıxışının bir növ "manifest" xarakteri daşıyacağını bildirib. Onların sözlərinə görə, Kemal Kılıçdaroğlu CHP ətrafındakı son hadisələr barədə danışacaq, gələcək planlarını açıqlayacaq, həm özünütənqid, həm də baş verən proseslərlə bağlı tənqid və ittihamlar səsləndirəcək. Mənbələr bildiriblər ki, bu tədbir mitinq deyil, partiyanın "ata ocağında" bayramlaşma və incikliklərin aradan qaldırılması məqsədi daşıyır.

Tədbir üçün ciddi təhlükəsizlik tədbirləri görülüb. Baş Qərargahın binasına Kılıçdaroğlunun "İndi təmizlənmə zamanıdır" yazılmış böyük fotosu, həyətə isə "Ədalət və ləyaqət" şüarı ilə başqa bir fotosu asılacaq. Tədbirdə istifadə ediləcək şüarlar və pankartlar da "təmizlənmə" və "tolerantlıq" mesajları verəcək.

Məhkəmə qərarı ilə CHP sədrliyindən uzaqlaşdırılan Özgür Özelin növbəti addımları da müəyyənləşib. Məlumata görə, Özel tərəfdarları gələn həftədən etibarən növbədənkənar qurultayın keçirilməsi üçün imza toplamağa başlayacaqlar.

Özel iyunun 2-də Kılıçdaroğlunun "mənim göstərişim olmadan keçirilə bilməz" dediyi parlament qrup toplantısını keçirəcək. Bundan əlavə, o, vilayət səfərlərini və mitinqlərini davam etdirəcək.

Özelin "2 milyon üzvümüzə sədr seçmək hüququ verək" təklifinin həyata keçirilməsi üçün müxtəlif fəaliyyətlər planlaşdırılır. Bu çərçivədə, Ekrem İmamoğlunun prezidentliyə namizədliyi üçün təşkil olunan ilkin seçki qutularına bənzər səsvermələrin keçirilməsi və ya üzvlərin iradəsinin konfranslar vasitəsilə ifadə edilərək qurultaya təqdim olunması variantları müzakirə olunur.

Özel fəaliyyətini əsasən Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri statusu ilə davam etdirəcək. Onun yaxın çevrəsi hazırda ayrıca iş ofisinin nəzərdə tutulmadığını, lakin vəziyyətin inkişafından asılı olaraq bunun yenidən qiymətləndirilə biləcəyini bildirib.

Yeni partiya yaradılması ilə bağlı iddialara dair isə mənbələr belə deyiblər: "Əgər bizi seçkilərə qatılmaq imkanından məhrum etsələr, onda yeni partiya məsələsi gündəmə gələ bilər".

Özgür Özelin bu gün Güvenparkdakı görüşdə partiyada qalmaq əzmini vurğulayan mesaj verəcəyi bildirilir. Onun yaxın çevrəsi tədbirlə bağlı bildirib:

"Mühüm sayda insan toplaşacaq. Amma bizim məqsədimiz say müqayisəsi aparmaq deyil. Məqsədimiz Özgür Özelə və komandasına dəstək verildiyini, həmçinin ortada bir haqsızlıq olduğunu göstərməkdir. Bayramdan sonra da bu fəaliyyətlər davam edəcək".A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
modern.az

1Mənbələr