AZ

Daha bir NATO ölkəsində qadınlar orduya çağırıla BİLƏR

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Demoqrafik azalma səbəbindən Estoniyada qadınların hərbi xidmətə çağırılması gündəmə gəlib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Estoniya Müdafiə Resursları Departamentinin rəhbəri Anna Rannaveski bildirib.

Onun sözlərinə görə, Estoniyanın kişi əhalisinin sayı yalnız gənc kişilərin hərbi xidmətə çağırılması praktikasını davam etdirmək üçün kifayət etmir. O qeyd edib ki, hər il Estoniyada 4000-5000 kişi cinsi uşaq doğulur.

"Müdafiə planlarında nəzərdə tutulduğu kimi, onlardan 41.000 gənci cəlb edə bilməyəcəyimiz aydındır. 2040-cı ilə qədər problem çox nəzərəçarpan olacaq", - Rannaveski bildirib.

O, həmçinin xatırladıb ki, ölkənin hər bir vətəndaşı müstəqilliyi müdafiə etməyə borcludur. Bu baxımdan, Rannaveski qadınların orduya çağırılmasının zaman məsələsi olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
3
redaktor.az

5Mənbələr