AZ

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-mart aylarında Azərbaycana Yaxın Şərq ölkələrindən 38 414 turist gəlib.

"Cebheinfo.az" rəsmi statistikaya istinadən xəbər verir ,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % azdır.

3 ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 12 126 nəfər. Bu, 1 il əvvələ nisbətən 13,6 % çoxdur.

Bundan əlavə, İsraildən - 8 972 (+18,1 ), Küveytdən - 4 751 (-25,1 %), BƏƏ-dən - 4 750 (-54,4 %), Omandan – 2 513 (-33 %), Misirdən - 1 521 (- 7,4 %), İordaniyadan - 881 (-22,1 %) Bəhreyndən – 838 (+2,9 %), İraqdan - 818 (+36,8 %), Yəməndən - 434 (-23,7 %), Qətərdən – 415 (-21,1 %), Livandan – 164 (-50,2 %), Fələstindən – 135 (- 23,7 %) və Suriyadan 96 nəfər (+1,1 %) turist gəlib.

Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
7
cebheinfo.az

8Mənbələr