AZ

İran DÇ ərəfəsində əzmkar qələbə qazandı

İran dünya çempionatı öncəsi yoldaşlıq oyunu keçirib. 

Fanat.Az xəbər verir ki, sözügedən yığma Qambiya ilə gücünü sınayıb. 

Tərəflər Türkiyənin Antalya şəhərindəki "Mardan Palace" stadionunda üz-üzə gəliblər. Yerli hakim Atilla Karaoğlanın idarə etdiyi matç İran millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 42-ci dəqiqədə qambiyalı Ömər Kolli açsa da, cənub qonşumuz əzmkar qələbə qazanmağı bacarıb. Ariya Yusifi 47-ci dəqiqədə bərabərliyi təmin edib, Ramin Rezaiyan 59-cu dəqiqədə komandasını önə keçirib, Mehdi Taremi isə 68-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
    
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-nın G qrupunda yer alan İranın rəqibləri Yeni Zelandiya, Belçika və Misir olacaq.

Seçilən
1
fanat.az

1Mənbələr