AZ

Vaşinqtondan müttəfiqlərinə amansız xəbərdarlıq: ABŞ artıq heç kimə pul verməyəcək

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri (müharibə naziri) Pit Heqset ölkəsinin hərbi müttəfiqlərini tam şok vəziyyətinə salacaq, qlobal təhlükəsizlik sistemini kökündən dəyişdirəcək ən sərt bəyanatlarından birini səsləndirib.

Musavat.com xəbər verir ki, nazir Heqset artıq müttəfiq ölkələr üçün "müftə yeyinti" və arxayınlıq dövrünün rəsmən başa çatdığını elan edib. Pentaqon rəhbəri ABŞ-ın zəngin dövlətlərin müdafiəsini maliyyələşdirdiyi və onlara subsidiya verdiyi eranın tarixə qovuşduğunu xüsusi vurğulayaraq bildirib: "Bizə protektoratlıq (himayədar) edəcəyimiz subyektlər yox, real tərəfdaşlar lazımdır. Biz asılılığa deyil, ümumi məsuliyyətə əsaslanan ittifaqlar qurmağa çalışırıq". Heqsetin sözlərinə görə, hərbi alyanslar yalnız o zaman effektiv işləyir ki, orada həqiqi tərəfdaşlıq və ikitərəfli proses mövcud olsun.

Əgər bir ittifaqda hamı eyni dərəcədə əlini daşın altına qoymursa, orada güclü birlikdən söhbət gedə bilməz. Heç bir ölkənin ABŞ-ın hesabına "pulsuz yaşamaq" imkanı olmayacağını deyən amerikalı nazir, ittifaqların masa üzərindəki bayraqların sayına görə deyil, real döyüş birləşmələrinin gücünə görə qiymətləndirildiyini diqqətə çatdırıb.

"Bizə artıq mənasız konfranslar lazım deyil, bizə daha çox real döyüş gücü lazımdır. Bunu burada demək mənim üçün xoş olmasa da, reallıq budur: az Şanqri-La (beynəlxalq forumlar), daha çox hərbi gəmi, daha çox sualtı qayıq," – deyə Pit Heqset müttəfiqlərinə açıq ultimatum göndərib.

Musavat.com

Seçilən
32
3
musavat.com

4Mənbələr