Portuqaliya milli komandasının sabiq üzvü, 42 yaşlı mərkəz müdafiəçisi Joze Fonte nəhayət futbolçu karyerasına nəyahət xitam verib.
Arena.az xəbər verir ki, “qoca”, kapitanı olduğu “Kaza Piya”da butslarını asılqandan asıb.
Xatırladaq ki, Fonte böyük futbolda 2002-ci ildə, məzunu olduğu Lissabon “Sportinq”i ilə debüt etmişdi. Təcrübəli müdafiəçi karyerası ərzində “Felqeyras”, “Vitoriya” (Setubal), “Benfika”, “Pasuş de Ferreyra”, “Eştrela”, “Kristal Pelas”, “Sauthempton”, “Vest Hem”, “Dailan Yifanq”, “Lill” və “Braqa” kimi klubların da şərəfini qoruyub.
Fonte “Lill” ilə 2021-ci ildə Fransa çempionu, 2022-ci ildə Fransa Super Kubokunun qalibi olub. “Braqa”da isə o, Portuqaliya Liqa Kubokunun qalibi adını qazanıb.
Portuqaliya millisinin heyətində 50 oyun keçirmiş müdafiəçi 1 qol və 2 məhsuldar ötürmə müəllifi də olub. O, yığma ilə Avropa çempionu (2016) və UEFA Millətlər Liqasının qalibi (2019) olub.
