"Əl-İttihad"ın müdafiəçisi Mario Mitay karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Roma" albaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə ərəb mediası məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olulduğu bildirilir. "Roma" 22 yaşlı sol cinah müdafiəçisi üçün 10 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Əl-İttihad" Mario Mitayı 2025-ci ilin yanvarında Moskva "Lokomotiv"indən 4 milyon avroya transfer edib. Albaniya millisinin üzvü 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi