AZ

“Pulsuz müdafiə dövrü bitdi” ABŞ dən sərt MESAJ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ zəngin dövlətlərin müdafiəsini maliyyələşdirməyəcək.

Redaktor.az xəbər verir ki, bunu ABŞ müharibə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışında deyib.

“ABŞ-nin zəngin dövlətlərin müdafiəsini subsidiyalaşdırdığı dövr başa çatıb. Bizə protektoratlar deyil, tərəfdaşlar lazımdır”, - o qeyd edib.

Heqset bildirib ki, alyanslar yalnız qarşılıqlı məsuliyyət əsasında işləyə bilər:

“Müttəfiqliklər yalnız həqiqi tərəfdaşlıq olduqda işləyir. Bu, ikitərəfli hərəkət küçəsidir. Hər kəs özünü riskə atmadan güclü alyans ola bilməz. Burada havayı sərnişinlərə yer yoxdur”.

O əlavə edib ki, müttəfiqliklərin gücü simvolik jestlərlə deyil, real hərbi imkanlarla ölçülür:

“Tarix hələ bitməyib. Müttəfiqliklər bayraqların sayı ilə deyil, döyüş bölmələrinin sayı ilə qiymətləndirilir. Bağışlayın ki, bunu burada deyirəm: daha az Şanqri-La Dialoqu, daha çox gəmi və sualtı qayıq lazımdır”.

ABŞ müharibə naziri Vaşinqtonun regionda qüvvələr balansını qorumağa çalışdığını vurğulayıb:

“ABŞ-ın məqsədi amerikalıların və müttəfiqlərimizin maraqlarına uyğun dayanıqlı qüvvələr balansını qorumaqdır. Heç bir dövlət, o cümlədən Çin hegemonluq qura və ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
6
redaktor.az

7Mənbələr