AZ

Pentaqon rəhbəri Yeni Zelandiyanı "müftəxor" adlandırdı

Pentaqonun rəhbəri Pit Heqset Yeni Zelandiyanı "müftəxor" adlandırıb. O, bu ifadəni sözügedən ölkənin müdafiə sahəsinə ayrılan vəsaitin kifayət qədər olmamasına görə işlədib.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, hərb naziri bu barədə Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumunda çıxış edərkən bildirib.

Pit Heqset Yeni Zelandiyanın ABŞ-nin tərəfdaşları siyahısına niyə daxil edilmədiyinə dair suala cavab verib və bu ölkənin belə statusa layiq olmadığını bildirib.

"Əgər səmimi olmaq lazımdırsa, iki faiz kifayət deyil, belə ki, iki faiz "müftəxor" olmaq deməkdir", - deyə Pentaqon rəhbəri vurğulayıb. O əlavə edib ki, Yeni Zelandiyaya qarşı heç bir şəxsi qərəzi yoxdur.

Seçilən
0
2
aznews.az

2Mənbələr