AZ

Bayramda yeyilən ağır, yağlı yeməklərdən sonra necə qidalanaq?

Bayramda yeyilən ağır, yağlı yeməklərdən sonra yemək menyunuzda bir neçə günlüyünə bir az daha yüngül və bitki mənşəli seçimlərdən istifadə etmək məqsədəuyğundur.

Bizim.Media "Posta"ya istinadla xəbər verir ki, xüsusilə rəngbərəng tərəvəzlərlə zəngin yeməklər bağırsaq mikrobiotasını dəstəkləyən lif tərkibi sayəsində həzm sisteminin yenidən tənzimlənməsinə kömək edə bilər.

Son illərdə aparılan araşdırmalar da bağırsaq sağlığının təkcə həzmlə deyil, həmçinin immunitet sistemi, enerji səviyyəsi və hətta əhvali-ruhiyyə ilə də sıx bağlı olduğunu göstərir.

Bayram boyu intensiv heyvani zülal qəbulundan sonra bir neçə pay yeməkdə paxlalılara yer vermək həzm sistemini rahatlada, bağırsaq bakteriyaları üçün də dəstəkləyici ola bilər.

Məsələn, qatıqlı mərci salatları, tərəvəzli noxud yeməkləri və ya dənli bitkilərlə balanslaşdırılmış paxlalı boşqabları həm daha yüngül hiss etdirən, həm də uzun müddət tox tuta bilən alternativlər arasında yer alır.
 

Bayramdan sonrakı dövrdə ən çox edilən səhvlərdən biri də "evdə ət var, istifadə edək" düşüncəsi ilə qırmızı ət istehlakını eyni intensivliklə davam etdirməkdir. Halbuki həzm sistemi üçün vacib olan təkcə qəbul edilən qida deyil, həm də onun qəbul edilmə tezliyi və yemək balansıdır.


Qırmızı ət yeyərkən yanında mütləq lif mənbəyi olan salat, tərəvəz və ya tam dənli bitkilərə yer vermək həzm yükünü azalda bilər. Bişirmə üsulu da burada olduqca önəmlidir. Qızartma və qovurma əvəzinə qaynatma, sobada və ya qrildə bişirmə üsullarına üstünlük verilməsi mədəni daha az yorur.

Bundan əlavə, günə daha yüngül səhər yeməyi ilə başlamaq da bədənin ritmini yenidən tənzimləməyə kömək edə bilər.

Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr