AZ

İran yığması FIFA-dan cavab gözləyir

Futbol üzrə Dünya çempionatına hazırlaşan İran yığma komandası viza prosedurları ilə bağlı FIFA-nın cavabını gözləyir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İran Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi yğma komandaya həm ABŞ, həm də Meksikaya səyahət üçün çoxdəfəlik vizaların verilməsinə dair müraciətlərinə FIFA-dan bu həftə cavab alacaqlarını bildirib.

İran və Qambiya milli komandaları arasında Antalyada keçirilən yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlama verən Nəbi bildirib ki, bir həftə ərzində Meksikaya getməlidirlər. Lakin, FIFA-ya edilən müraciətə hələ cavab verilməyib.

Qeyd edək ki, futbol üzrə Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
0
3
azerbaijan-news.az

4Mənbələr