AZ

Hizbullah İsrailə raket hücumları etdi -VİDEO

Hizbullah İsraili çoxsaylı raket hücumları ilə hədəfə alıb.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) açıqlamasına görə, gecə ərzində Livan ərazisindən İsrail sərhəd bölgələrinə ən azı dörd hücum dalğası həyata keçirilib.

Bir çox ərazidə sirenlərin işə salındığı və ən azı iki raketin vurulduğu bildirilib. Bir raket Kiryat Şmona ərazisinə dəyib və maddi ziyan vurub, lakin heç kim xəsarət almayıb.

Bu arada, İMQ Hizbullahın gecə ərzində həyata keçirdiyi hücumlarda istifadə etdiyi raket buraxıcısının vurulduğunu açıqlayıb və hadisənin görüntülərini yayımlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
35
ikisahil.az

1Mənbələr