AZ

Ölümündən 10 gün əvvəl xəstəxanada nişanlısı ilə evləndi

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Amerikalı bir kişi sağalmaz xərçəng xəstəliyi səbəbindən ölməzdən əvvəl sevgilisi ilə Boston xəstəxanasında evlənib. Nikah mərasimində şəhər arxiv idarəsinin komissarı və şəhər qeydiyyatçısı Paul Çonq da iştirak edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onlar ilk dəfə universitetin birinci kursunda tanış olublar. Son kursda isə münasibətləri dərinləşib və təhsili başa vurduqdan sonra birlikdə yaşamağa başlayıblar.

2024-cü ildə Robbi Foks velosiped qəzası keçirərək bud nahiyəsini zədələyib. Sonradan həkimlər ona Evinq sarkoma diaqnozu qoyublar. Bundan sonra ailəsi və sevgilisi Kay Peters onun müalicə üçün Bostona aparılmasına qərar verib.

14 kurs kimyaterapiya, 40 dəfə şüa terapiyası, onlarla qan köçürülməsi və xəstəxanada keçirilən gecələrdən sonra 2025-ci ilin fevralında Robbi Foksda remissiya qeydə alınıb. Lakin noyabr ayında xərçəng yenidən qayıdıb. Son altı ay ərzində tətbiq olunan müalicələrə baxmayaraq onun ağrıları getdikcə şiddətlənib.

Məhz bundan sonra ailəsi və Kay Peters xəstəxanada tibbi xidmətin tətbiq edilməsinə qərar verib. Həmin vaxt cütlük artıq təxminən bir il idi nişanlı idi və daim onun yanında olan Peters evlənməyi təklif edib. O bildirib ki, Foks bu təklifdən çox həyəcanlanıb və xoşbəxt olub.

Universitetdə tanış olduqları gündən düz səkkiz il sonra şəhər qeydiyyatçısının iştirakı ilə dostları və ailə üzvlərinin yanında xəstəxanada nikah mərasimi keçirilib. Peters emosional anları sosial şəbəkələrdə paylaşıb, 10 gün sonra isə Robbi Foks ölüb.

Kay Peters deyib ki, Foks ona güclü olmağı öyrədib və indi edə bilməyəcəyi heç nə olmadığını hiss edir. O, ilk övladına Robbinin adını verəcəyinə söz verib. Şəhər arxiv idarəsinin komissarı Paul Çonq isə bu toyun kiçik bir hissəsi olmaqdan qürur duyduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
lent.az

1Mənbələr