AZ

Qarabağ veteranlarının sayı açıqlandı

ain.az, Gununsesi saytına istinadən bildirir.

2026-cı il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda “Müharibə veteranı” statusu olan 183 087 nəfərə aylıq 80 manat Prezident təqaüdü verilir.

Bu barədə  Gununsesi.info– ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Müharibə veteranı” adı daşıyanlardan 179 423 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdir (“Qarabağ veteranları”).

80 manat aylıq təqaüd alanların 3 664 nəvəri isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
6
icma.az

7Mənbələr