AZ

Almaniyada dron həyəcanı

Almaniyanın Münxen şəhərinin hava limanında pilotsuz uçuş aparatının (PUA) müşahidə edilməsinə dair məlumatla əlaqədar uçuşlar təxminən bir saat müddətinə dayandırılıb.

Publika.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, səhər saatlarında iki pilot hava limanı yaxınlığında şübhəli obyekt gördüklərini bildirib. Obyektin dron ola biləcəyi ehtimal edildiyindən Münxen hava limanının uçuş-enmə zolaqları müvəqqəti bağlanıb.

Hadisə ilə bağlı araşdırma aparılıb, axtarış tədbirlərinə polis helikopteri də cəlb olunub. Lakin mümkün dronun izinə rast gəlinməyib. Yoxlamalar başa çatdıqdan sonra hava limanında uçuşların həyata keçirilməsi bərpa olunub.

Seçilən
1
1
publika.az

6Mənbələr