AZ

Şəhərlərdə ana ölümünün sayı kəndlərə nisbətən artıb

2025-ci ildə hər 100 000 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərində 12.2-dən 22.1-dək artıb. Kənd yerlərində isə bu göstərici 43.4-dən 31.7-dək azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Hesabatda, həmçinin körpə ölümləri ilə bağlı da məlumat var. Məlumata görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 1000 nəfər diri doğulana hesabı ilə körpə ölümü qızlarda 12.8-dən 13.0-dək artıb oğlanlarda 14.8-dən 14.3-dək azalıb. Bütövlükdə oğlan uşaqlarının ölümü qız uşaqlarına nisbətən daha yüksəkdir.

Bizim.Media

Seçilən
0
4
bizim.media

8Mənbələr