AZ

İranın dəniz blokadası davam edir

İranın dəniz blokadası davam edir, gəmilər hələ də ABŞ Mərkəzi Komandanlığı tərəfindən dayanma xəbərdarlığı alır.

Adalet.az-ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata əsasən, iranlı dənizçilər blokadanın hələ də qüvvədə olduğunu və gəmilərin CENTCOM tərəfindən dayanma və keçidə icazə verilməməsi ilə bağlı xəbərdarlıq aldığını bildiriblər.

Agentlik əlavə edib ki, ötən gecə Donald Trampın dəniz blokadasının ləğv edildiyi barədə açıqlamasından sonra bəzi İran gəmiləri blokada xəttini keçməyə cəhd göstərib. Lakin onlar ABŞ hərbi gəmilərinin xəbərdarlığı ilə üzləşib və dərhal geri qayıdaraq blokada xəttinin arxasına keçmələri tələb olunub. Əks halda atəş açılacağı bildirilib.

Seçilən
2
8
adalet.az

10Mənbələr