Dünəndən əsən güclü külək nəticəsində paytaxtda 41 ağac sınıb, 64 ağacın budaqları qopub.
Senzor.az bildirir ki, bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, bununla əlaqədar gecə ərzində Birliyin briqadaları sınan ağacların götürülməsi və ərazilərin təmizlənməsi ilə məşğul olublar.
Hazırda işlər davam edir.











