Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşları və bir sıra ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, Zelenski iki fərman imzalayaraq Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) saksiyalarının Avropa İttifaqının sanksiya qərarları ilə sinxronlaşdırılması barədə qərarını qüvvəyə mindirib.
Avropa İttifaqının 20-ci sanksiyalar paketi çərçivəsində tətbiq olunan məhdudiyyətlər ümumilikdə 120 fiziki və hüquqi şəxsi əhatə edir. Həmin şəxslərin və qurumların bir hissəsi artıq Ukraynanın sanksiya siyahısında yer alır.
Yeni qərar çərçivəsində daha 16 Rusiya vətəndaşı və Rusiya, Belarus, BƏƏ, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən 31 şirkətə qarşı məhdudiyyətlər də tətbiq olunub.