AZ

Ukrayna PUA-ları Taqanroqdakı Rusiya aerodromunu "məhv edib"

30 may gecəsi Ukrayna PUA-ları Taqanroqdakı Rusiya aerodromuna hücum edib.

Ölkə.az xəbər verir ki, bu barədə ukraynalı komandir Robert Brovdin  (Madyar) Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, zərbələr nəticəsində iki Tu-142 təyyarəsi və digər Rusiya silahları məhv edilib.

Tu-142 strateji bombardmançı təyyarəyə əsaslanan uzun mənzilli sualtı qayıq əleyhinə təyyarələrdir.

Yerdən yerə raketlər ata bilən Rusiyanın taktiki raket sistemi olan "İsgəndər" də məhv edilib. 
Ukrayan PUA-ları eyni zamanda Taqanroq və Feodosiyadakı kölgə donanmasının bir tankerini və iki neft anbarını vurub. 

Monitorinq kanalları Taqanroqun müxtəlif ərazilərində partlayışlar barədə məlumat verib. Yerli sakinlər dronların uçuş səslərini və liman və təyyarə zavodu yaxınlığında partlayışlar barədə məlumat veriblər.

Krasnodar diyarının Armavir şəhərində yerləşən "Yujnaya Neftyanaya Kompaniya" MMC-nin neft anbarına da gecə hücum edilib. 

Ukrayna PUA-laırnın hücumunu Rostov vilayətinin qubernatoru Yuri Slyusar da təsdiqləyərək deyib ki, Taqanroq limanında dron hücumu nəticəsində tanker, yanacaq çəni və inzibati bina yanıb. “İlkin məlumata görə, itki yoxdur", - qubernator bildirib.

Yerli hakimiyyət orqanları da hücumu təsdiqləyib. Onların sözlərinə görə, "liman daxilində bir tanker, yanacaq çəni və inzibati bina yanıb". 

Mürtəza

Seçilən
33
olke.az

1Mənbələr