ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur türk müğənni Sıla, Saba Tümerin verilişində qonaq olarkən şəxsi həyatı və daxili dünyası ilə bağlı səmimi açıqlamalar verib. Demokrat.az xəbər verir ki, o, “güclü qadın” imicinin arxasındakı daha həssas tərəflərindən danışıb.Sıla bildirib ki, güc anlayışına fərqli yanaşır: "Məncə güclülüyün ən böyük səbəbi zəif olduğunu qəbul etməkdir. Zəif olduğunu bilirsənsə, o zaman güclü qala bilirsən".Müğənni zaman-zaman hər kəs kimi özünü zəif hiss etdiyini, amma bu hallardan tez çıxmağı bacardığını deyib: "Günün müəyyən anlarında mən də hamı kimi zəif oluram. Amma tez toparlanıram, çünki başqa seçimim yoxdur".Sıla həmçinin depressiv dövrlərdə yumora sığındığını qeyd edib: "Ən pis hiss etdiyim anlarda ən yaxşı zarafatları edirəm".Sənətçi albomunun adı olan “Kafa Yüksek Kalp Kırık” ifadəsinin onun həyatını əks etdirdiyini də bildirib. O, emosional çətinliklərdən və yas prosesindən danışaraq, atası vəfat etdikdən sonra yaradıcılığında durğunluq yaşadığını etiraf edib.Sıla qeyd edib ki, bu dövrdə yazmaqda çətinlik çəkib, lakin sonradan emosiyalarının musiqisinə güclü şəkildə yansıdığını deyib: "Hisslərim birdən-birə ortaya çıxdı".Sənətçi səhnəyə çıxmazdan əvvəl özünü hazırlamaq üçün qısa istirahət etdiyini, musiqi öncəsi dua etdiyini və atasını xatırladığını da əlavə edib. Sıla verilişdə keçmiş layihələrindən və kliplərindən də danışaraq, həm peşəkar, həm də şəxsi həyatına dair maraqlı xatirələr bölüşüb.Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.