AZ

Azərbaycanın minifutbol millisi Fransanı məğlub edib Qrup lideri oldu

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında qrupu lider kimi başa vurub.

"Report"un Bratislavaya ezam olunmuş əməkdaşının məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı üçüncü matçında Fransa ilə üz-üzə gəlib.

"Tipos Arena"dakı qarşılaşma komandamızın qələbəsi ilə bitib - 3:2.

Birinci hissərə rəqib oyunçu avtoqol müəllifi olub. İkinci hissədə Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər. Qrupun digər oyununda Avstriya İtaliyanı beş cavabsız qolla üstələyib.

Daha əvvəl Avstriya (1:0) və İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi xallarının sayını 9-a çatdırıb və qrup lideri olub. Komanda növbəti mərhələyə vəsiqəni ötən tur rəsmiləşdirib. Fransa 4 xalla ikinci, Avstriya 3 xalla üçüncü, İtaliya 1 xalla sonuncu yeri tutub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
8
azpolitika.info

9Mənbələr