AZ

Qalatasaray ın yeni transfer hədəfi Barselona nın ulduzu...

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Super Liqasında ardıcıl 4-cü, ümumilikdə isə 26-cı çempionluğunu qazanan "Qalatasaray" yeni mövsüm üçün transfer planlamasına erkən start verib. Xüsusilə cinah mövqeyini gücləndirməyi hədəfləyən "sarı-qırmızılı" klub baş məşqçi Okan Burukun siyahısı əsasında hərəkətə keçib.Demokrat.az xəbər verir ki, transfer bazarında yaranan fürsətləri dəyərləndirməyi planlaşdıran İstanbul təmsilçisi sürpriz bir adı gündəminə alıb. “Fanatik” nəşrinin məlumatına görə, "Qalatasaray" İngiltərə millisinin və dünya futbolunun tanınmış hücumçularından Markus Raşfordu izləyir.Cari mövsümü icarə əsasında "Barselona"da keçirən Raşfordun gələcəyi qeyri-müəyyən olaraq qalır. Kataloniya klubunun müqavilədə yer alan 30 milyon avroluq satınalma maddəsini aktivləşdirməyəcəyi iddia edilir. Bu halda futbolçunun yenidən "Mançester Yunayted"ə qayıtması ehtimalı güclənir.Bu vəziyyət Avropanın bir sıra top klublarını hərəkətə keçirib. "Qalatasaray" rəhbərliyinin də yaranan şərtləri diqqətlə izlədiyi və transfer üçün ciddi maliyyə planı hazırladığı bildirilir.Məlumata görə, Raşfordun ilkin prioriteti "Barselona"da qalmaq olsa da, İspaniya klubundan hələlik konkret addım atılmaması transfer prosesini açıq saxlayır. "Mançester Yunayted" isə futbolçunun ayrılığına müsbət yanaşır."Qalatasaray"ın Çempionlar Liqası faktoru və yeni iddialı layihəsi bu transferdə əsas üstünlüklərdən biri kimi qiymətləndirilir. Klub rəhbərliyinin yaxın günlərdə futbolçu tərəfi ilə danışıqları intensivləşdirməsi gözlənilir.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
demokrat.az

2Mənbələr