AZ

Azərbaycanın minifutbol millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub

Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

Hakimiyyet.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv növbəti raundda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

Azərbaycan millisi F qrupunu 9 xalla birinci pillədə başa vurub. Qazaxıstan yığması 4 xalla E qrupunda ikinci olub.

Xatırıadaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (1:0) məğlub edib.(Report)

Seçilən
2
11
hakimiyyet.az

10Mənbələr