AZ

İranın sürgündə olan vəliəhd şahzadəsi Odessada — VİDEO

Sürgündə yaşayan İranın vəliəhd şahzadəsi Rza Pəhləvi Ukraynaının Odessa şəhərəinə yollanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə mayın 30-da Strana.ua internet nəşri məlumat yayıb.

Nəşrin “Telegram” kanalında bildirilib: "İranın sürgündə olan vəliəhd şahzadəsi Rza Pəhləvi Odessaya gəlib. O, Qara dəniz Təhlükəsizlik Forumunda iştirak etmək üçün şəhərə səfər edib".

Məlumata görə, Pəhləvi bundan əvvəl Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.

Rza Pəhləvi rusiyalı prank-jurnalistlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Leksus) ilə “Vovan və Leksusun şousu” çərçivəsində söhbəti zamanı Avropa ölkələrinin İranın səfirliklərini ələ keçirməli olduğunu və bununla İslam Respublikasındakı hakimiyyətin devrilməsinə yardım göstərə biləcəyini bildirib.

Mövzu ilə bağlı daha əvvəl Volodimir Zelenski bəyan etmişdi ki, ABŞ-ın diqqətinin İran ətrafındakı münaqişəyə yönəlməsi Kiyev üçün ciddi risklər yaradır və Ukrayna məsələsinin həlli İran böhranının başa çatmasına qədər təxirə salına bilməz.

Zelenski qeyd edib ki, Vaşinqtonla texniki danışıqlar davam edir, lakin İran məsələsi həll olunana qədər şəxsi görüş keçirmək imkanı görmür.


Seçilən
34
1
demokrat.az

2Mənbələr