ABŞ, Böyük Britaniya və Avstraliyanın müdafiə nazirlikləri AUKUS sazişi çərçivəsində müasir sualtı pilotsuz uçuş aparatlarının hazırlanmasını davam etdirəcək.
"Far.Az"un məlumatına görə, bu barədə nazirliklərin yaydığı birgə bəyanatda qeyd edilib.
Yeni aparatlar 2027-ci ildə bu ölkələrin ordularının silahlanmasına daxil ola bilər.
İşlər AUKUS-un "ikinci sütunu" çərçivəsində aparılır. Razılaşmanın bu hissəsi qabaqcıl müdafiə texnologiyalarının, o cümlədən kvant, sualtı və hipersəs texnologiyalarının, süni intellekt və kibertexnologiyaların hazırlanmasını nəzərdə tutur.
ABŞ-nin müharibə naziri Pit Heqsetin sözlərinə görə, ölkələr sualtı əməliyyatların dəstəklənməsi üçün nəzərdə tutulmuş çoxməqsədli sualtı pilotsuz aparatlar kompleksi hazırlayacaq.