ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimenə Avropa nəhəngi "Mançester Yunayted" elçi düşüb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli mətbuatın yazdığına görə, İngiltərə klubu Osimenlə bağlı mövqeyini belə açıqlayıb: "Bizim axtardığımız futbolçudur".
Türkiyə KİV-i iddia edib ki, "Qalatasaray" Osimen üçün 150 milyon avro qiymət müəyyənləşdirib. Futbolçunun maaşı bu məbləğə daxil deyil.
Qeyd edək ki, Viktor Osimen 2025 ci ildə 75 milyon avro qarşılığında "Napoli"dən "Qalatasaray"a transfer olub. Onun İstanbul klubu ilə 30 iyun 2029-cu ilə kimi müqaviləsi var.
(metbuat.az)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.