AZ

Qumar masası qurulur: ABŞ Ukraynanı xərcləyə bilər

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"NBC News" məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə bağlı ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə göndərdiyi məktuba cavab almayıb.

Telekanalın məlumatına görə, ABŞ-dən gələn məktubla bağlı hələlik heç bir şərh alınmayıb.

Zelenski öz növbəsində məktubun çərşənbə axşamı Vaşinqtondakı qurumlara çatdırıldığını bildirib.

Qeyd edək ki, Zelenski hakim partiyadan olan Ali Rada deputatları ilə görüşdə bildirib ki, Amerika tərəfi raketləri kifayət qədər məhdud miqdarda satır, ona görə də bu istiqamətdə daha israrlı işləməyə çalışacaq

Məlum olduğu kimi, ABŞ Ukraynaya məhdud yardım edir. Bu yardımlar heç də Ukraynanın qalib gəlməsinə hesablanmayıb. Bu baxımdan Vaşinqtonun Ukraynanın havadan müdafiəsinə etinasız yanaşması təəccüblü olmamalıdır.

Müxtəlif məlumatlara görə, ABŞ-nin Ukraynaya dəstəyi minimum səviyyədədir. Üstəlik, Ağ Ev rəhbəri Donald Tramp dəstəyin tamamilə dayandırıla biləcəyi barədə dəfələrlə Ukraynaya xəbərdarlıq edib.

ABŞ indi necə olur-olsun müharibənin bitməsini istəyir. Ukraynanın taleyi ABŞ üçün o qədər də əhəmiyyətli deyil.

Əlbəttə, "NBC News" un iddiaları həqiqətə uyğun olmaya da bilər. Və ya, hətta doğrudursa belə, bu o demək deyil ki, ABŞ Ukraynanın müraciətinə müsbət cavab verməyəcək. Sadəcə olaraq Vaşinqton proseslərə öz maraqlarına uyğun yanaşır. ABŞ-nin Ukrayna siyasəti də özünün xarici və təhlükəsizlik siyasətinə uyğun formalaşıb.

Buna baxmayaraq, fikrimcə, dayanıqlı sülh ehtimalı yaranarsa, ABŞ Ukraynanı qurban verə bilər. Ona qədər isə Vaşinqton istəyir ki, Kiyev onun çaldığı havaya oynasın. Odur ki, mümkün qədər özündən asılı halda saxlamağa çalışır.

Kənan Novruzov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
18
sherg.az

10Mənbələr