Vətənimizdən danışarkən, bağlı qapılar arxasında xarici güclərdən kömək istəyən axmaqları bilmədən qoynumda bəslədiyim üçün hamınızdan üzr istəyirəm.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu CHP-nin yeni sədri Kamal Kılıçdaroğlu deyib.
“FETÖ agentlərini tanımadım, xahiş edirəm məni bağışlayın. Rüşvət və talançılıqla məşğul olan bələdiyyə sədrlərini partiyadan uzaqlaşdıra bilmədiyimiz üçün sizlərdən üzr istəyirəm. Məni arxadan bıçaqlayanları görə bilmədim. Özümüzü korrupsioner oğrulardan təmizləyəcəyik.
CHP əxlaq və fəziləti qoruyanların, demokratiyanı müdafiə edənlərin partiyasıdır. Əsl CHP üzvü ikitərəfli oynamır.