AZ

Müharibədə yeni mərhələ: Tələbə qızlar da cəbhəyə göndərilir

Rusiyanın Ulyanovsk vilayətində ilk dəfə olaraq yerli texnikumun tələbə qızları müharibəyə cəlb ediliblər.

Musavat.com xəbər verir ki, bu barədə "İdite lesom" ("Meşəyə gedin") hüquq-müdafiə layihəsinə qızların təhsil aldığı Kuzavatovo qəsəbəsindəki texnoloji məktəbin 4-cü kurs tələbəsi məlumat verib.

Gənc oğlanın sözlərinə görə, rəhbərlik tələbələri direktorun onlarla danışmaq istədiyi bəhanəsi ilə aldadaraq bir yerə yığıb:

“Həmişəki kimi, direktor əvvəlcə oğlanlara müqavilə imzalamağı təklif etdi, onları razı salmağa çalışdı. Lakin sonra qızların hamısına Hava Hücumundan Müdafiə (HHM) qüvvələrində xidmət üçün yeni müqavilə təklif olunmağa başlandı. Artıq bizim texnikumdan olan qızlar müqavilə imzalayıblar”.

Tələbə əlavə edib ki, artıq qızların da orduya yığılmasına start verilib.

Mənbə qeyd edib ki, təhsil müəssisəsinə demək olar hər həftə gələn hərbi xidmətə cəlbetmə məmurları qızların beynini yuyaraq, müqaviləli xidmətin heç bir təhlükə yaratmadığına inandırırlar.

"Onlara bunun tamamilə təhlükəsiz olduğunu, sadəcə ofisdə oturub dronları izləyəcəklərini deyirlər. Üstəlik, əlavə olaraq bir milyon rubl pul vəd edirlər", – deyə tələbə bildirib.

Onun sözlərinə görə, bu üsulla iqtisadiyyat, mühasibat uçotu, ictimai iaşə texnologiyaları və kənd təsərrüfatının mexanikləşdirilməsi üzrə mütəxəssislər hazırlayan Kuzovatovo texnikumundan ən azı beş qız artıq müqavilə imzalayıb.

Hüquq müdafiəçiləri isə vurğulayıblar ki, bu, təkcə tələbə qızların orduya cəlb olunması deyil, həm də onların artıq müqavilə imzalaması ilə bağlı daxil olan ilk müraciətdir.

Ötən həftə Krasnoyarsk Radioelektronika və İnformasiya Texnologiyaları Kollecinin (KRİTK) tələbə qızı da "Groza" nəşrinə qızların Pilotsuz Uçuş Aparatları (PUA) qoşunlarına cəlb edilməsi cəhdləri barədə danışıb. Onun sözlərinə görə, tələbə qızlar üçün qapalı görüş təşkil olunub və orada "hərbi formalı" bir kişi ilə "administrasiyadan" olan bir qadın qızları müqavilə imzalamağa çağırıb.

Görüşdə PUA qoşunlarına qəbul üçün tələblər barədə məlumat verilib. Məsələn, xidmət etmək istəyən qızların yetkinlik yaşına çatmış (və 34 yaşadək) olması, məhkumluğunun və uşaqlarının olmaması şərtdir. Təbliğatçılar bunu qadınların "uşaq böyütməli, tərbiyə etməli və dünyaya uşaq gətirməli" olduqları ilə izah ediblər. Təşviqatçı qadın həmçinin "bu məlumatın birmənalı qarşılanmadığını çox yaxşı anladığını" qeyd edərək, "amma hər kəsin öz seçimi var" deyə əlavə edib,

Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr