AZ

Türkiyədə Aytən qətlə yetirildi, qardaşı oğlu tutuldu

Türkiyədə yazıçı qətlə yetirilib.

Hadisə Kırklareli rayonunun Vize qəsəbəsində baş verib.

Bayram münasibətilə anasını görməyə gələn 52 yaşlı yazıçı Aytən Öztürk mübahisə etdiyi qardaşı oğlu B.S. tərəfindən bıçaqlanaraq öldürülüb.

İddiaya görə, Aytən Öztürk anası və xalası ilə evin həyətində oturarkən evə gələn qardaşı oğlu B.S. ilə miras üstündə mübahisə edib. Mübahisə zamanı B.S. bibisinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralanan qadın yerə yıxılıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin tibbi yardım göstərildikdən sonra Aytən Öztürk xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qaçan B.S. saxlanılıb. Faktla bağlı araşdırma davam edir.//Lent.az

Seçilən
1
4
musavat.com

6Mənbələr