Mərhum Əməkdar artist Zöhrə Abdullayevanın evində xeyir işdir.
Müğənninin nəvəsi Afaq ailə qurmağa hazırlaşır. Hazırda şəhər restoranlarından birində sənətçinin nəvəsinin xına mərasimi keçirilir.
Qeyd edək ki, Z.Abdullayeva 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. (Axşam.az)

