ABŞ-ın Massaçusets ştatının sakinləri şənbə günü günorta saatlarında güclü gurultu səsi eşidiblər.
Publika.az "WCVB" telekanalına istinadla xəbər verir ki, səsin mənbəyi hələ ki, müəyyən edilməyib.
Ştatın müxtəlif bölgələrindən olan şahidlər səsi evləri titrədəcək dərəcədə güclü bir partlayış kimi təsvir ediblər. Meteoroloji xidmət və telekanalın sinoptikləri hadisənin səbəbinin meteorit düşməsi ola biləcəyini ehtimal edir, lakin bu, hələlik rəsmi təsdiqini tapmayıb.
Meteoroloq Ey Cey Bernett qeyd edib ki, əldə edilən məlumatlar bunun mümkünlüyünü göstərir və bunun zəlzələ olması ehtimalı aşağıdır.