AZ

SEPAH bu ölkəyə yüzlərlə komandir göndərib – gizli detallar açıqlandı

Livanda Hizbullahın gələcəyi və təşkilatın təsir imkanları ilə bağlı yeni məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun yaydığı hesabatda Hizbullahın zəifləməsinə baxmayaraq, Livandakı mövqelərini qoruduğu qeyd olunur.

Hesabatda bildirilir ki, Pentaqonda aparılan müzakirələrdə Hizbullahın tərksilah olunması prosesi əsas mövzulardan biri olaraq qalır. Analitiklərin fikrincə, yalnız hərbi obyektlərə zərbələr endirməklə təşkilatın ölkədəki təsirini aradan qaldırmaq mümkün deyil.

Məlumata görə, Hizbullah zəifləsə də, İran və Livan parlamentinin sədri Nəbi Berri vasitəsilə ölkənin maliyyə və təhlükəsizlik sistemində təsir imkanlarını qoruyub saxlayır.

Hesabatda vurğulanır ki, Həsən Nəsrullahın ölümündən sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livandakı nəzarətini daha da gücləndirib. Bildirilir ki, yüzlərlə komandir Livana göndərilib və son bir il ərzində Hizbullaha təxminən 1 milyard dollar vəsait ayrılıb.

Analitiklər hesab edirlər ki, məqsəd yalnız silahların toplanması ilə məhdudlaşarsa, Hizbullah hər yeni münaqişədən sonra yenidən fəaliyyətini bərpa edə biləcək.

Bu səbəbdən hesabatda Beyrutdakı şəbəkələrə qarşı əlavə sanksiyaların tətbiqi, Livan məsələsinin İranla nüvə danışıqlarından ayrı müstəvidə nəzərdən keçirilməsi və Livan hakimiyyətinə real siyasi-iqtisadi stimulların verilməsi tövsiyə olunur.

Musavat.com

Seçilən
29
5
musavat.com

10Mənbələr