AZ

Gərginlik pik həddə

Donald Trampın ABŞ-İran razılaşması ilə bağlı qərarı gözlənilərkən regionda gərginlik pik həddə çatıb.

Publika.az "Bloomberg"ə istinadla xəbər verir ki, cümə günündən şənbəyə keçən gecə İranın ballistik raketi Küveytdəki "Əli Əl-Səlim" aviabazasına hücum edib.

Hücum nəticəsində beş amerikalı hərbçi və podratçı yüngül xəsarət alıb. "The Rock" kimi tanınan və beynəlxalq koalisiya üçün strateji əhəmiyyət daşıyan bazadakı hücum zamanı ABŞ-a məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatı (PUA) məhv edilib, digəri isə ciddi zədələnib. Hər bir PUA-nın təxmini dəyərinin 30 milyon dollar olduğu bildirilir.

Bu hadisə Vaşinqton və Tehran arasında mövcud olan kövrək atəşkəsin faktiki olaraq pozulması kimi qiymətləndirilir. Tərəflər bir-birini müqavilə şərtlərini pozmaqda ittiham edirlər. Xüsusilə Hörmüz boğazında vəziyyət kritik olaraq qalır. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, boğazdan keçən gəmilər artıq onlarla əlaqələndirmə aparmaq məcburiyyətindədir.

Eyni zamanda, regionun digər qaynar nöqtəsi olan Livan-İsrail cəbhəsində də gərginlik davam edir. İsrail ordusunun (IDF) irəliləyişini "təhlükəli və görünməmiş eskalasiya" adlandıran Livanın Baş naziri Nəvaf Salam atəşkəs çağırışı edib. YUNİSEF-in məlumatına görə, son yeddi gündə bölgədəki hərbi əməliyyatlar nəticəsində 77 uşaq həlak olub və ya yaralanıb.

Seçilən
6
15
publika.az

10Mənbələr