ain.az, Axar.az saytına istinadən bildirir.
2026-cı il UEFA Superkubokunda Fransanın PSJ və İngiltərənin “Aston Villa” klubları qarşılaşacaq.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, oyun avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək.
PSJ Superkuboka Çempionlar Liqasının qalibi kimi vəsiqə qazanıb. Paris təmsilçisi finalda “Arsenal”ı məğlub edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə PSJ penaltilər seriyasında 4:3 hesabı ilə üstün olub.
“Aston Villa” isə Avropa Liqasının finalında Almaniyanın “Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Beləliklə, UEFA Superkuboku uğrunda mübarizədə Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.