AZ

Paşinyan: “Yaxın gələcəkdə sərhəd delimitasiyası gözlənilir”

ain.az, Ayna saytına istinadən bildirir.

“Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması əsasında bərqərar olur”

“Yaxın gələcəkdə mühüm hadisələr - sərhədin delimitasiyası gözlənilir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş icmasında seçki kampaniyası zamanı çıxışında deyib.

Baş nazir delimitasiyanın “SSRİ dövründə mövcud olan xətti” bərpa edəcəyini qeyd edib.

“Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması əsasında bərqərar olur. Bu o deməkdir ki, sərhəd Sovet Ermənistanında olduğu kimi olacaq. Delimitasiya şimaldan başlayacaq və İran sərhədində bitəcək. TRIPP layihəsini həyata keçirməyə başladığımız ərazilərdə sərhədi qısa hissələrlə delimitasiya edəcəyik. Qalan ərazi üzərində oturub işləməli olacağıq”, - deyə o qeyd edib və bildirib ki, Berdavanda belə bir problem yoxdur, lakin Artsvaşendə oxşar problem mövcuddur.

Paşinyanın sözlərinə görə, onun delimitasiya ilə bağlı öz baxışı var və inanır ki, Azərbaycan da onun fikrini bölüşür: “Mənim fikrim budur ki, biz bu məsələni indi elə həll etməliyik ki, 10 il, 20 il, 30 il, 50 il və ya 100 il sonra tək bir ağac və ya kol üstündə münaqişə yenidən alovlanmasın”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
47
ayna.az

10Mənbələr