AZ

Livanın Baş naziri: İsrail ölkəmizi məhv etmək siyasəti yürüdür

Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda İsrail tərəfindən "təhlükəli və görünməmiş" eskalasiyanı pisləyib və dərhal atəşkəsə çağırıb.

 

Senzor.az bildirir ki, bu barədə o, televiziya vasitəsilə xalqa müraciətində danışıb.

 

"Yandırılmış torpaq siyasəti İsrailin təhlükəsizliyini təmin etməyəcək", - Salam vurğulayıb.

 

O, həmçinin Livan və İsrail arasında birbaşa danışıqların tərəfdarı olduğunu bildirərək, diplomatiyanın Beyrut üçün ən az riskli yol olduğunu qeyd edib. 

 

Baş nazir onu da bildirib ki, Livan hökuməti İsrailin təcavüzünə son qoymaq və işğalçı qüvvələri ölkədən çıxarmaq əzmindədir: "Şahid olduğumuz şeylər sadəcə işğala, ərazi genişləndirilməsinə bənzəyir. İsrail təkcə suverenliyimizi pozmayıb, həm də ölkəmizə qarşı məhvetmə siyasəti yürüdür. İsrail ordusunun hərəkətlərinə baxmayaraq, 2-3 iyun tarixlərində Vaşinqtonda keçiriləcək ikitərəfli danışıqları dayandırmaq niyyətində deyilik. Bəli, danışıqlar hələlik uğura zəmanət vermir, amma bu, təslim olmaq demək deyil. Əsas məsələ odur ki, müharibə və sülh barədə qərar artıq Livan dövlətinin əlindədir".

 

Baş nazirin sözlərinə görə, Livan artıq regional güclər arasında münaqişə arenası olmayacaq.

Seçilən
13
1
senzor.az

2Mənbələr