AZ

Rusiyanın 7 hava limanı fəaliyyətini dayandırdı

Rusiyanın bir sıra hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.

Agentliyin nümayəndəsi Artyom Korenyakonun "Telegram" kanalı vasitəsilə verdiyi məlumata görə, Gelencik və Soçi hava limanlarında təyyarələrin qəbulu və yola salınması dayandırılıb.

Qurum rəsmisi bildirib ki, bu məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir.

Eyni səbəbdən Saratov, Volqoqrad, Kaluqa, Penza və Tambov hava limanlarında da uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Seçilən
48
publika.az

1Mənbələr