AZ

Parisdə PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb

UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Le Figaro" qəzeti xəbər verib. Qəzetin məlumatına görə, yaralananlar arasında səkkiz polis əməkdaşı da var. Agen şəhərində yeddi polis əməkdaşı xəsarət alıb, Parisdəki Port-Mayo yaxınlığında isə bir polis əməkdaşını avtomobil vurub, sürücü hadisə yerindən yayınıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə qəzetə bildirib ki, azarkeşlərin toplaşdığı Paris dairəvi yolunda baş verən avtomobil qəzasından sonra iki nəfərin vəziyyəti ağırdır. Respublika meydanı yaxınlığında daha bir nəfər bıçaqlanıb. Bir qadının da ürək tutmasından sonra reanimasiyada olduğu bildirilir.

"Le Figaro" qəzetinin məlumatına görə, ölkə daxilində iğtişaşlar zamanı 416 nəfər, o cümlədən Parisdə 283 nəfər saxlanılıb.

Seçilən
8
1
ikisahil.az

4Mənbələr