AZ

Minik və yük maşınları toqquşub - ölən var

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, hadisə martın 2-də rayonun Duzdağ kəndində qeydə alınıb.

Faiq Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Araşdırma aparılır.

Seçilən
8
ucnoqta.az

1Mənbələr