Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, dövlətin sosial siyasətində aparılan son dəyişikliklər pensiya təminatı sistemində ədalətlilik prinsiplərinin daha dərindən qorunmasına və inflyasiya təsirlərinin tam kompensasiya edilməsinə yönəlib:
“Pensiya və sosial müavinətlərin artırılması, eləcə də bu sahədə yeni tənzimləmə mexanizmlərinin tətbiqi birbaşa olaraq ölkənin iqtisadi potensialının və büdcə gəlirlərinin yüksəlməsinə söykənir. Yeni dəyişikliklər çərçivəsində minimum əməkhaqqı və minimum pensiya məbləğlərinin artırılması istiqamətində addımların atılması, həmçinin xüsusi kateqoriyalı vətəndaşların, əlilliyi olan şəxslərin müavinətlərinin optimallaşdırılması prioritet təşkil edir. İnflyasiya dərəcəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi mexanizminin daha da təkmilləşdirilməsi və vətəndaşların əmək stajı ilə bağlı tələblərin yumşaldılması aztəminatlı ailələrin sosial müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək”.
Onun sözlərinə görə, sosial islahatların növbəti mərhələsində müavinətlərin vahid sistem üzərindən optimallaşdırılması və pensiya hüququ qazanmağın asanlaşdırılması daxili bazarda alıcılıq qabiliyyətinə də müsbət təsir göstərəcək:
“Yeni gözlənilən hüquqi dəyişikliklər pensiya yaşına çatmış, lakin kifayət qədər pensiya kapitalı toplaya bilməyən vətəndaşlar üçün güzəştli keçid şərtlərinin yaradılmasını ehtiva edir. Bu, yaşa görə müavinət alan şəxslərin bir qisminin pensiya sisteminə daxil olmasına imkan verəcək ki, bu da onların daha yüksək aylıq gəlir əldə etməsi deməkdir. Eyni zamanda, çoxuşaqlı analar, zərərli işlərdə çalışanlar və şəhid ailələri üçün nəzərdə tutulan xüsusi müavinətlərin differensiallaşdırılması və məbləğlərinin artırılması dövlətin sosial rifah modelinin miqyasını göstərir. Bu cür struktur islahatları sosial ədalətin bərqərar olması və əhalinin real gəlirlərinin qorunması baxımından müstəsna iqtisadi əhəmiyyət kəsb edir”.(nocomment.az)
Demokrat.az
7Mənbələr
-
dogru.azPensiya və sosial müavinətlərdə yeni dəyişikliklər – Nələr olacaq? ( 29078542)
-
dogru.azPensiya və sosial müavinətlərdə yeni dəyişikliklər Nələr olacaq? ( 29078539)
-
demokrat.azPensiya və sosial müavinətlərdə yeni dəyişikliklər nələr olacaq? ( 29070541)
-
sportinfo.azPensiya və sosial müavinətlərdə yenilik - Nələr olacaq? ( 29069842)
-
pravda.azPensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq? ( 29066161)
-
konkret.azPensiya və sosial müavinətlərdə yeni dəyişikliklər Nələr olacaq? KONKRET ( 29064577)
-
konkret.azPensiya və sosial müavinətlərdə yeni dəyişikliklər – Nələr olacaq? ( 29064562)