AZ

Aqressiyanı effektiv şəkildə azaltmağın yolu - TƏDQİQAT

Yazını böyüt
Yazını kiçilt

Sadə qida əlavəsi emosional sabitliyin əldə olunması və aqressiyanın azalması üçün effektiv və təhlükəsiz vasitə ola bilər.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Pensilvaniya Universitetinin alimlərinin yeni tədqiqatı "Aggression and Violent Behavior" jurnalında dərc olunub. Tədqiqatçılar 1996-2024-cü illər arasında dünyanın müxtəlif ölkələrində aparılmış 29 araşdırmanın məlumatlarını birləşdirərək meta-analiz həyata keçiriblər. Ümumilikdə müxtəlif yaş qruplarından olan 3 918 nəfər iştirakçı tədqiqata cəlb edilib. Nəticələr göstərib ki, Omeqa-3 yağ turşularının 16 həftə ərzində mütəmadi qəbulu aqressiya səviyyəsini orta hesabla 28% azaldır.

Bu təsir Omeqa-3-ün beyinin biokimyasında və sinir hüceyrələrinin strukturunda mühüm rol oynaması ilə bağlıdır. Bu yağ turşuları sinir hüceyrələrinin membranlarının əsas tikinti materialıdır və beyində iltihabi prosesləri azaldır. Həmçinin neyronlar arasında emosiyaların tənzimlənməsinə cavabdeh siqnalların daha effektiv ötürülməsini təmin edir.

Maraqlıdır ki, təsir həm reaktiv aqressiyada (ani reaksiya və emosional partlayışlar), həm də proaktiv aqressiyada (planlı və məqsədli düşmənçilik) eyni dərəcədə müşahidə olunub.

Seçilən
1
3
hafta.az

4Mənbələr