AZ

Andrey Babiş: Çexiya bu il NATO-nun 2 faizlik müdafiə xərcləri hədəfinə çatmayacaq

BAKI, 31 may. TELEQRAF

"Çexiya bu il Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizi həcmində müdafiə xərcləri ilə bağlı NATO hədəfinə nail ola bilməyəcək".

Teleqraf xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş "Financial Times" qəzetinə müsahibəsində deyib.

Hökumət başçısı ölkəsinin alyans daxilində öhdəliyi yerinə yetirməyən azsaylı dövlətlərdən biri olacağını etiraf edib. Onun sözlərinə görə, 2026-cı ilin müdafiə büdcəsinə magistral yol tikintisi daxil edilsə də, bu layihə NATO standartlarına görə hərbi xərc kimi qəbul olunmur.

Buna baxmayaraq A.Babiş ABŞ Prezidenti Donald Trampın şəxsi dəstəyi sayəsində digər avropalı liderlər qarşısında üstünlüyə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə NATO müttəfiqlərindən hərbi xərclərin artırılması barədə hesabat tələb olunacaq. Avropa ölkələri isə hərbi büdcəni azaltdıqlarına və İrana qarşı əməliyyatları dəstəkləmədiklərinə görə D.Trampın narazılığından ehtiyat edirlər.

Seçilən
29
teleqraf.com

1Mənbələr