AZ

“Ermənistana silahlanma qadağasının qoyulması vacibdir”

Moderator.az saytına istinadən ain.az xəbər verir.

44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan sürətlə silahlanmaqda davam edir. Ermənistanın 28 mayda keçirilən hərbi paradda çoxlu sayda yeni silahlar nümayiş etdirməsi buna nümunədir.

Maraqlıdır, Ermənistanın sürətlə silahlanması regional sülh və təhlükəsizliyə nə vəd edir? Azərbaycan bu prosesdən narahat olmalıdırmı?

Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ermənistanın yaxın tarixini və erməni toplumunun xislətinin nəzərə alsaq, Azərbaycanın hər zaman Ermənistanla münasibətlərində bir ehtiyatlılıq amili olmalıdır. Əslində, hələlik bu tezliklə Ermənistanın siyasi xəttinin dəyişdiyini və köhnə stereotiplərindən əl çəkdiyini hesab etmək tez olar. Seçkilərdə Paşinyan qalib gəlsə belə, Ermənistanın silahlanması məsələsi hər zaman diqqətdə saxlanılmalıdır. Çünki alınan silahlar Paşinyanın hakimiyyəti dövründən sonra da Ermənistanın arsenalında qalacaq və sonrakı hakimiyyətlər dövründə də işlək vəziyyətdə olacaq. Günlərin birində bu silahların Azərbaycan əleyhinə işlədilməyəcəyinə kimsə qarantiya verə bilməz.

                             

Biz, həmişə hesab etmişik ki, Ermənistanın silahlanmasını imkan vermək olmaz. Hətta sülh sazişi şərtlərinin içərisinə Ermənistana silahlanma qadağasının qoyulmasını vacib hesab etmişik. Bu, ən azı iyirmi il qüvvədə olmalıdır. Sonra isə duruma bağlı olaraq hərəkət etmək lazımdır. Ermənistan işğalçı tarixinin cəzasını çəkməlidir. Ermənistanın silahlanması regional təhlükəsizlik üçün, xüsusən də, Azərbaycan üçün hələlik ciddi təhlükə yaratmaq imkanında deyil. Amma Ermənistanın digər güclərin əlində alətə çevrilmə ehtimallarını nəzərə alsaq, hesab edirəm ki, bu, ciddi təhlükə mənbəyi hesab oluna bilər. Azərbaycanın hərbi gücü daim Ermənistanın başının üstündə yumruq kimi dayanmalıdır”.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
moderator.az

2Mənbələr