Yaşayış yerləri, iş yeri, qohumlar və ya səyahət marşrutları haqqında məlumatlar sosial şəbəkələrdə ictimaiyyətə açıq olmamalı və ya bu cür informasiyaları tanımadığınız insanlarla paylaşmamalısınız.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik bununla yanaşı pasport məlumatları, telefon nömrələri, SNILS (Fərdi Sığorta Hesabı Nömrəsi), VÖEN , icbari tibbi sığorta məlumatları, eləcə də müxtəlif xidmətlər üçün nəzərdə tutulmuş loqin və şifrələri də heç kimə açıqlamamağı tövsiyə edib.
Bundan əlavə, sosial şəbəkə hesablarına daxil olmaq üçün istifadə edilən SMS mesajlarını və "push" bildirişləri ilə bağlı kodların da başqaları ilə paylaşılması təhlükəlidir.
Qeyd edilib ki, yaşayış və iş ünvanları, qohumlar haqqında məlumatlar və səyahət marşrutları da çox vaxt insanlara adi gəlsə də, bu tip detallar heç kimə bəlli edilməməlidir.