AZ

U-21 millimizin heyətində dəyişiklik

Yazını böyüt
Yazını kiçilt

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Hafta.az xəbər verir ki, AFFA-ın məlumatında “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədovun zədə səbəbindən düşərgədən ayrıldığı bildirilib. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Seçilən
30
20
hafta.az

10Mənbələr